Rus-belarus: qoşunların birgə qruplaşdırılması

Rus-belarus: qoşunların birgə qruplaşdırılması

“...Minsk və Moskva qoşunların regional qruplaşmasını yerləşdirir”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin tədqiqatlar üzrə müavini Viktor Tumar bildirib.

“RİA Novosti”nin məlumatına görə, yaradılacaq “regional qruplaşma” sülh dövründə Belarus ordusuna və ayrı-ayrı rus hərbi birləşmələrinə əsaslanacaq.

“...Hərbi təhlükəsizlik sahəsində paritetin təmin edilməsi və Belarus Respublikasında sülhün qorunması üçün ərazimizdə regional qoşun qruplaşmasının yaradılması barədə qərar qəbul edilib. Onun əsasını sülh dövründə Belarus Respublikasının Silahlı Qüvvələri, eləcə də Rusiya Federasiyasının ayrı-ayrı hərbi birləşmələri təşkil edəcək”.

...Tumarın sözləridir.

Müdafiə Nazirliyinin rəisi qeyd edib ki, İttifaq dövlətinin qoşunlarının regional qruplaşması müdafiə tapşırıqlarını yerinə yetirəcək. O, sərhədlərdəki vəziyyətin İttifaq dövlətinin təhlükəsizliyinə artan təhlükənin olduğunu göstərir və təcili tədbirlər görülməsini tələb edir.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko oktyabrın 10-da Kiyevin Belarusa qarşı cəbhə açması “hərbi baxımdan dəlilikdir, lakin proses başlayıb və Qərb Ukraynanı buna doğru sövq edir”-deyə bildirib.

NATO və bəzi Avropa ölkələri mümkün təcavüz variantlarını nəzərdən keçirdiyini bildirən Lukaşenko,.. ona görə də Rusiya və Belarus birgə regional qoşun qrupunun yerləşdirilməsi barədə razılığa gəldiklərini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə