Rusların doqquz hərbi müxbiri və hərbi müxbir layihələri Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaq üçün cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbər “Mash” mənbələrinə istinadən yayılıb.
Beləliklə, onların arasında İqor Strelkov, Semyon Peqov, Yuri Podolyaka, Vladlen Tatarski, Sergey Mardan, İqor Dimitriyev, “GreyZone” müəllifləri, Rybar və Kristina Potupçik var.
Nəşrin yazdığına görə, bloggerlərin və hərbi müxbirlərin Telegram kanallarının məzmunu artıq saxtakarlıq və ordunu gözdən salmaq üçün təhlil edilir.
Mənbə onu da bildirib ki, müəlliflərin nəşrlərinin yoxlanılması xahişi ilə “Roskomnadzor”a verilən bəyanatı Baş Qərargah rəisi artıq imzalayıb.
Bundan əlavə, bildirilir ki, prokurorluq tərəfindən işə federal təhlükəsizlik, terrorizm, ekstremizm və millətlərarası münasibətlər haqqında qanunun icrasına nəzarət idarəsinin rəisi məşğul olur.
Mümkün səbəb kimi xüsusi hərbi əməliyyat zamanı Müdafiə Nazirliyinin qərarlarının tənqidi ola bilər. Amma hazırda bu məlumatın rəsmi təsdiqi yoxdur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB