Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Rusiyada çoxlu sayda pilotsuz uçan aparatların istehsalına başlayacağını bildirib.
SİA TASS-a istinadən xəbər verir ki, Medvedevin sözlərinə görə, PUA-lar Ukraynada xüsusi hərbi əməliyatın həyata keçirilməsində effektivliyi sübut edib.
Medvedev xüsusi hərbi əməliyyat zonasında pilotsuz təyyarələrdən istifadəni “təcili ehtiyac” adlandırıb. Onun sözlərinə görə, “Rusiya hələ də müxtəlif tipli PUA-ların irimiqyaslı istehsalını qurmamışdır”.
Sədr müavini, həmçinin, bildirib ki, Sankt-Peterburqda "Special Technology Center" MMC müəssisəsində federal icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirak etdiyi dövlət müdafiə sifarişi üzrə “Orlan” pilotsuz təyyarələrinin tədarükünə nəzarət yoxlaması keçiriblər.
Qeyd edək ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi avqust ayında Ordu-2022 forumunda “Orlan”, “Pacer” və “Eleron” pilotsuz təyyarələrinin tədarükü üçün bir sıra müqavilələr imzalayıb. Belə ki, “Orlan-10”, “Orlan-30” pilotsuz uçuş aparatları ilə komplekslərin istehsalı və təchizatı üçün “Special Technology Center” MMC ilə müqavilə imzalanıb.
“Kronstadt” ASC ilə “Piser” pilotsuz uçuş aparatı ilə kompleksin istehsalı və təchizatı üçün müqavilə imzalanıb. “Eleron-3” PUA-nın istehsalı və təchizatı üçün “Enix” ASC ilə müqavilə bağlanıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB