Rusiya sualtı qayığı Fransa sahillərində görünüb

Rusiya sualtı qayığı Fransa sahillərində görünüb

Rusiyanın “Novorossiysk” sualtı qayığı sentyabrın sonunda Fransanın Brittani sahillərində görüntülənib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri BFM telekanalı yayıb.

Qeyd olunur ki, hadisə sentyabrın 29-da baş verib. Məlumata görə, Rusiya gəmisi Brestdə yerləşən Normandiya çoxməqsədli freqatı tərəfindən müşayiət olunub. Telekanal xəbər verir ki, eyni zamanda Qara Dəniz Donanmasının “Sergey Balk” yedək gəmisi sualtı qayığın yanında yerləşirmiş.

Daha əvvəl TASS gəmiqayırma sənayesindəki mənbəyə istinadən xəbər vermişdi ki, Qara dəniz donanmasının 636.3 layihəli “Novorossiysk” sualtı qayığı növbədən sonra Rusiya Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizi eskadrilyasının tərkibində Rusiyanın şimal-qərbindəki zavodlardan birində təmir işlərinə dayandırılacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə