Rusiya Mərakeşlə əməkdaşlıq müqaviləsi layihəsini təsdiqləyib

Rusiya Mərakeşlə əməkdaşlıq müqaviləsi layihəsini təsdiqləyib

Rusiya hökuməti atom elektrik stansiyasının tikintisi üzrə Mərakeşlə əməkdaşlıq müqaviləsi layihəsini təsdiqləyib.

Rusiya hökumətindən verilən yazılı açıqlamada nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi ilə bağlı Mərakeş hökuməti ilə imzalanan müqavilə layihəsinin təsdiqləndiyi bildirilib.

SİA-nın əldə etdiyi məlumata görə, razılaşmaya əsasən, iki ölkə atom elektrik stansiyasının tikintisi üzrə əməkdaşlıq edəcək.

Mərakeşdə uran ehtiyatlarının kəşfi və işlənməsi üzrə də birgə tədqiqatlar aparılacaq.

İki ölkə nüvə tullantılarının idarə olunması və yeni texnologiyaların inkişafı sahəsində də əməkdaşlıq edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə