Fransa Müdafiə Nazirliyi Ukrayna ilə Kiyevin fransız istehsalçılarından birbaşa silah alması üçün 100 milyon avro məbləğində fondun yaradılması haqqında saziş imzaladığını açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” yayıb.
Sazişi Fransanın müdafiə naziri Sebastyan Lekornu və Ukraynanın müdafiə naziri Aleksey Reznikov imzalayıb. Bu fond Ukraynaya Ukrayna ordusunun ehtiyaclarına uyğun olaraq hərbi texnikanı birbaşa fransız istehsalçılarından almağa imkan verəcək.
Fransa artıq Ukraynanı quru qoşunlarının ehtiyatından götürərək 155 millimetr kalibrli 18 SEZAR özüyeriyən artilleriya qurğusu ilə təmin edib. Bundan əlavə, Fransa prezidenti Emmanuel Makron Fransanın Danimarka ilə birlikdə Ukraynaya daha altı SEZAR haubitsasının verilməsi üçün işlədiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB