“Hələlik kütləvi zərbələrə ehtiyac yoxdur”

Putin Ukraynaya... hələlik kütləvi zərbələrə ehtiyac olmadığını söylədi
“Hələlik kütləvi zərbələrə ehtiyac yoxdur”

Rusiya prezidenti Vladimir Putin, hazırda Ukraynadakı hədəflərə kütləvi zərbələr endirməyə ehtiyac olmadığını bildirib.

SİA bu barədə TASS-a istinad edir.

Onun dediyinə görə, indi başqa tapşırıqlar da var, çünki məncə, iyirmi doqquz obyektdən yeddisi Müdafiə Nazirliyinin planlaşdırdığı kimi vurulmayıb. Lakin bu obyektlər tədricən “əldə olunur”, kütləvi zərbələrə ehtiyac yoxdur.

Putin, həmçinin, Rusiyanın Ukraynanı bir dövlət kimi dağıtmaq niyyəti olmadığını bildirib.

“…Əgər Kiyevin hazırkı rəhbərliyi neonasistləri dəstəkləməyi mümkün hesab edirsə, onların böyük şəhərlərinin mərkəzində məşəl yürüşlərini və nasist simvolları ilə gəzən insanları dəstəkləmək olarsa, deməli, bunun Ukrayna mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur”. Bunu da Putin deyib.

Rusiya prezidenti, Rusiya qoşunlarının Kiyevdən çıxarılandan sonra Ukraynanın Rusiya Federasiyası ilə danışıqlara dair mövqeyi dəyişib.

“Onlar danışıqlar aparmaq istədikləri və bir növ bunu tələb etdikləri barədə danışırdılar və indi rəsmi olaraq bu danışıqları qadağan edən qərar qəbul ediblər. Yaxşı, burada nə danışa bilərik?

Bunu da Putin bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə