NATO nüvə müharibəsi təhlükəsinin qarşısının alınması üçün təlimlər keçirəcək
NATO nüvə müharibəsi təhlükəsinin qarşısının alınması üçün planlaşdırılmış təlimlər keçirəcək.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Alyansdan bildirilib. Məlumata görə, NATO-ya üzv 14 ölkənin hərbi hava qüvvələrin hər il keçirdiyi “Steadfast Noon” adlı təlimdə nüvə müharibəsi təhlükəsinin qarşısının alınmasının imkanları sınaqdan keçirəcək.
Həqiqi silahların istifadə olunmayacağı təlim 17-30 oktyabr tarixlərində Belçika və İngiltərənin hava məkanında keçiriləcək.
Təlimdə müxtəlif tipli 60 döyüş təyyarəsi iştirak edəcək. Bunlara dördüncü və beşinci nəsil döyüş təyyarələri, müşahidə təyyarələri və tanker təyyarələri daxildir.
Təlimdə Amerika Birləşmiş Ştatlarının uzaqmənzilli bombardmançı ''B-52'' təyyarələri də iştirak edəcək. ''B-52'' bombardmançı təyyarələri ABŞ-ın Şimali Dakota ştatındakı Minot aviabazasından havaya qalxacaq.
Qeyd edək ki, “Steadfast Noon” adlı təlimə hər il NATO-ya üzv bir ölkə ev sahibliyi edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB