Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qismən səfərbərlik zamanı “mümkün həddi aşmaları”nı şərh edərək, Baş Prokurorluğa onlarla bağlı sualların verilməsini təklif edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə TASS məlumat yayıb.
Peskov “...Moskvada gəzməkdən qorxmayın”-deyir.
Peskov xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin “prokurorlara bütün səfərbərlik tədbirlərini müşayiət etməyi tapşırıb”.
O, həmçinin Moskva və Sankt-Peterburq sakinlərinin sosial şəbəkələrdə yaydıqları “çağrıdan yayınanların basqınları” ilə bağlı hərbi komissarlığa sualların verilməsini təklif edib. Peskov təklif edib ki, hərbi xidmətdən yayınanların bu yolla axtarışı aparıla bilər və bu cür hərəkətlər “elektron sistemlər” vasitəsilə düzgün işə cəlb olunanları hesablamaq üçün həyata keçirilə bilər.
Peskov Putinin qismən səfərbərliyin başa çatmasından xəbər verdiyini bir daha xatırladıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, iki həftə ərzində qismən səfərbərlik tamamlanacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB