Qərb tərəfindən Rusiyanın qırmızı xətlərini keçmək səhv olardı və Moskvanın qarşısında yalnız bir seçim - irəli getmək olardı.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə cümə günü NBC televiziyasına müsahibəsində Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
“...Bir insanı və ya ölkəni küncə sıxırsansa, onun ancaq bir yolu qalır, ancaq irəli getmək”-deyən Belarus rəhbəri...ona görə də, Qərbə qırmızı xətləri keçməməyi “məsləhət görür”.
Qeyd edək ki, Lukaşenkonun müsahibəsindən parçalar ingilis dilində dərc olunub. Amma maraqlıdır ki, teleşirkətin saytında yerləşdirilən fraqmentlərdə qırmızı xətlərin dəqiq nə olduğu göstərilməyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB