...Qismən səfərbərlik demək olar ki, başa çatıb, təxminən iki həftəyə tamamlanacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Astanada “Rossiya 24” telekanalının yayımladığı mətbuat konfransında bildirib.
Dövlət başçısı, planlaşdırılan 300 min nəfərdən 222 min nəfərinin artıq səfərbər olunduğunu və əlavə hərbi çağırışçıya ehtiyac olmadığını bildirib.
Rusiya prezidenti onu da vurğulayıb ki, bütün ehtiyatda olan hərbçilər xüsusi əməliyyat zonasına göndərilməzdən əvvəl məcburi təlim keçməlidirlər.
Qeyd edək ki, Vladimir Putin səfərbərlik zamanı buraxılan səhvlər mövzusuna da toxunub. Onun sözlərinə görə, bu, onilliklər ərzində yenilənməmiş köhnə mühasibat uçotu formaları ilə bağlıdır .
“...Onlar bu səfərbərlik tədbirlərini həyata keçirməyə başlayanda onların hansı keyfiyyətdə olduğu məlum oldu”- deyən prezident, hazırda informasiya bazasının müasir əsaslarla yeniləndiyini və mümkün qədər etibarlı olacağını deyib.
Deyirsiniz, Marqarita Simonyan...haradasa haqlıdır?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB