Solovyov niyə “konslager”ə göndəriləcəyindən qorxur?

Ruslar cəbhədə nə qədər itki veriblər?
Solovyov niyə “konslager”ə göndəriləcəyindən qorxur?

BBC-nin Rus Xidməti və Mediazonanın birgə apardıqları araşdırmalara görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri 7502 rus əsgər və zabitinin öldüyü təsdiqlənib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kreml rəsminələrinin nə qədər “ört-basdır” etmələrinə baxmayaraq, rus qoşunlarının elit bölmələri ağır itkilərə məruz qalıblar.

Qeyd edək ki, tədqiqat regional hakimiyyət orqanlarının və təhsil müəssisələrinin hesabatları, habelə qohumların yerli KİV-ə müsahibələri əsasında tərtib edilib.

Eyni zamanda, bölgələrdə ölənlərin “göz-qulaqdan” uzaq olduğu və Rusiya qəbiristanlıqlarında dəfnlərin sayı rusların real itkilərinin təxminən iki dəfə çox ola biləcəyini deməyə əsas verir.

Belə ki, son bir ayda Kalininqradın Medvedevka qəsəbəsindəki qəbiristanlığın hərbi xiyabanında bir sıra yeni qəbirlər peyda olub. Ukraynaya genişmiqyaslı işğalın başlamasından sonra həlak olan 29 əsgər məzarından 11 nəfərin, yəni 38 faizinin adı ictimaiyyətə açıqlanmayıb.

Qeyd edək ki, tədqiqatda DPR və LPR adlanan ərazilərdə ölənlərlə bağlı məlumatlar nəzərə alınmayıb. Çünki bu ərazi səlahiyyətliləri itkilər barədə məlumat dərc etmirlər,..amma özünü “DXR” elan edən hakimiyyət orqanları oktyabrın əvvəlində 3285 hərbçinin öldürüldüyünü bildirdi.

Yeri gəlmişkən, oktyabrın 14-nə olan jurnalistlər cəbhəyə yeni səfərbər olan 11 nəfərin ölümünü təsdiqləyə biliblər. Onların əksəriyyəti sentyabrın 25-28-də təlim-məşq toplanışına gəliblər, bu da onların məşq etmək üçün yeddi-on gün vaxtının olması deməkdir. Səfərbər olunanların lazımi hazırlıq keçmədən cəbhəyə göndərilməsinin səbəbləri Ukrayna qüvvələrinin irəliləyişini davam etdirdiyi cəbhədəki ağır vəziyyət, bölmələrin az sayda, eləcə də, Müdafiə Nazirliyinin təlim mərkəzlərinin bərbad vəziyyətdə olmasıdır.

Bundan əlavə, ən azı 18 çağırışçının Rusiyada toplaşma məntəqələrində, yəni hələ döyüş bölməsinə gəlib çatmamış dünyasını dəyişiblər.

Məlumdur ki, ölənlərin 2200 nəfəri xüsusi təyinatlıların əsgər və zabitləri, dəniz piyadaları və hərbi pilotlardır ki, onların hazırlığı illərlə davam etməklə yanaşı, çox böyük xərc də tələb edib.

Qeyd edək ki, ölənlərin 17 faizi hərbi qulluqçulardır və bura 4 general və 39 polkovnik də daxil edilməlidir.

Yeri gəlmişkən, bölgələr arasında ölüm hallarının sayına görə Dağıstan hələ də liderdir (319 nəfər), Krasnodar diyarı hazırda ikinci yerdədir (303 nəfər), Buryatiya isə üçüncü yerdədir (297 nəfər).

Rusiya Müdafiə Nazirliyi itkilər barədə sonuncu dəfə səfərbərliyin başladığı gün - sentyabrın 21-də məlumat verib. Belə ki, nazirlik rəhbəri Sergey Şoyqunun sözlərinə görə, itkilər 5937 nəfər təşkil edib.

Qeyd edək ki, bu arada Britaniya kəşfiyyatı sentyabrda rusların itkisini 25 min, Ukrayna Baş Qərargahı isə təxminən 60 min nəfər qiymətləndirib.

Maraqlıdır, görən rəqəmlərdə yalan yoxdu ki? Məsələn, bu günlərdə RT kanalının baş redaktoru, “baş təbliğatçı”lardan biri Marqarita Simonyan rusları yalan danışmaqda ittiham etmişdi. Belə ki, rus cəmiyyətini, onun bütün sahələrini yalan danışmaqda suçlayan Marqarita, nə qədər qəribə olsa da öz sahəsinin, yəni rus təbliğatının adını çəkməmişdi.

O da maraqlıdır,.. bir halda ki, Marqarita Simonyan, Vladimir Solovyov, Olqa Skabeeva,.. onun sonuncu ərlərindən olan Yevgeni Popov və digərləri yalan danışmırlarsa, bəs onda Solovyov niyə hələ indidən “konslager”ə göndəriləcəyindən qorxur?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə