Amerikanın “Microsoft” korporasiyası Ukraynaya 250 milyon dollardan çox məbləğdə texniki dəstək göstərib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” şirkətinin nümayəndəsinə bildirib.
Şirkətin bölməsinin vitse-prezidenti Ues Anderson şirkətin xüsusilə “Rusiyanın zərərli proqram hücumlarına tez cavab vermək və onları qorumaq üçün” Ukrayna rəsmiləri ilə təhlükəsiz rabitə xətləri təmin etdiyini bildirib. Bundan əlavə, o qeyd edib ki, “Microsoft” Ukraynaya yardım edən digər şirkətlərə və qeyri-kommersiya təşkilatlarına da texniki dəstək göstərir, həmçinin Ukrayna sakinlərinə və onların ailələrinə ölkədən kənarda 43 milyon pulsuz “Skype” saatı təqdim edib.
Xatırladaq ki, Rusiya Federasiyasının Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan sonra “Microsoft” Rusiya müştəriləri ilə əməkdaşlığı dayandırmayacağını, Rusiya Federasiyasındakı məktəblər, xəstəxanalar və bir sıra digər təşkilatlarla əməkdaşlığı davam etdirəcəyini bəyan etmişdi.
Daha sonra şirkət Rusiyadakı mövcudluğunu minimuma endirənə və ya tamamilə ləğv edənə qədər fəaliyyətini mərhələli şəkildə dayandırmaq niyyətində olduğunu söyləyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB