ABŞ-ın Şimali Karolina ştatının paytaxtı Roli şəhərində silahlı hücum baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hücum nəticəsində biri polis olmaqla 5 nəfər ölüb, 4 nəfər yaralanıb. Polis bir şübhəlinin nəzarətə alındığını bildirib.
Atışma nəticəsində 4 nəfər yaralanıb və xəstəxanaya aparılıb. Hücumdan sonra hadisə yerinə çoxlu təhlükəsizlik qüvvələri və sağlamlıq qrupu göndərilib.
Təhlükəsizlik qüvvələri şübhəlinin nəzarətə alındığını və sorğu-sualın başladığını bildirib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB