İsveçrədə yeni qadağalar qüvvəyə minir

İsveçrədə yeni qadağalar qüvvəyə minir

İsveçrədə niqab qadağasını pozanların cərimələnməsi təklif olunub. SİA xəbər verir ki, İsveçrədə hökumət keçən il ümumxalq səsverməsi ilə qəbul edilən niqab qadağasını pozduğuna görə 1000 İsveçrə frankı (təxminən 18550 türk lirəsi) məbləğində cərimə təklif edib.

Hakim koalisiyaya daxil olan İsveçrə Xalq Partiyası ictimai yerlərdə üzünü örtmək üçün geyinənlərin cərimələnməsini mümkün edən qanun layihəsini Federal Parlamentə təqdim edib. Layihənin mətnində sözügedən təklifin ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə irəli sürüldüyü və əsas məqsədin cərimə tətbiq edilmədiyi bildirilib.

Cərimə təklifinə baxmayaraq, qanun layihəsində sərnişin təyyarələrində, diplomatik binalarda və ibadət yerlərində niqab qadağasının aradan qaldırılması təklifi də yer alırdı. Federal Parlament qanun layihəsini yaxın günlərdə Milli Məclisə təqdim edəcək.

Qeyd edək ki, 2021-ci il martın 7-də İsveçrədə ictimai yerlərdə niqab geyinməyi qadağan edən referendum keçirilib. Niqab qadağası 51,2 faiz səslə qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə