İngiltərənin Çester şəhərində 5 oğlan və 2 qızı öldürməkdə və 10 körpəni öldürməyə cəhddə ittiham olunan tibb bacısı Lüsi Letbinin qeydləri tapılıb. SİA xəbər verir ki, İngiltərənin Çester şəhərindəki "Countess of Chester" xəstəxanasında işləyən 32 yaşlı tibb bacısı Lüsi Letbi, 5 oğlan və 2 qız uşağını öldürmək və 10 körpəni öldürməyə cəhd də daxil olmaqla, 22 ittihamla Mançester Crown Məhkəməsinə çıxarılıb.
Körpələri havaya insulin vuraraq öldürən və öldürməyə cəhd edən Letbinin qeydləri üzə çıxıb. Prokuror Nick Cohnson məhkəməyə təqdim etdiyi qeydlərdə, "Mən yaşamağa layiq deyiləm. Onları bir məqsəd üçün öldürdüm, çünki onları qoruyacaq qədər yaxşı deyiləm", "Mən çox pis adamam", “Söz yox”, “Ümid”, “Panik”, “Qorxu”, “Nəfəs ala bilmirəm” kimi ifadələr yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB