Finlandiya qabaqlayıcı tədbirlərə başladı

Finlandiya qabaqlayıcı tədbirlərə başladı

Rusiya-Ukrayna müharibəsi səbəbi ilə meydana gələ biləcək nüvə qəzası riskinə qarşı tədbir almaq istəyən Finlandiya xalqı, yod həb ehtiyatlarını istehlak edib. SİA xəbər verir ki, Finlandiyada Rusiyanın Ukraynaya hücumları səbəbi ilə meydana gələ biləcək nüvə qəzası riskinə qarşı tədbir görmək istəyən finlərin apteklərə axışması nəticəsində yod həb ehtiyatları tükənib.

Fövqəladə hallarda istifadə edilməsi lazım olan yod həblərinin 3-40 yaş aralığına uyğun olduğunu bildirən Finlandiya Sosial İşlər və Səhiyyə Nazirliyi, "Nüvə obyektində baş verən qəzada qalxanabənzər vəzlərdə toplana bilən radioaktiv yod ətraf mühitə buraxıla bilər. Yüksək səviyyədə radioaktiv yoda məruz qaldıqdan illər sonra belə, körpələr, uşaqlar və yeniyetmələr tiroid xərçəngi riski altındadır"-deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə