Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, NATO-nun nüvə təliminə döyüş başlığı olmayan təyyarələr cəlb olunacaq və bu Rusiyadan cəmi... 600 mil məsafədə baş tutacaq.
Kirbi qeyd edib ki, qarşıdan gələn nüvə təlimləri hələ fevralın 24-də Ukraynada baş verən hadisələrdən əvvəl planlaşdırılıb.
O, həmçinin izah edib ki, təlimlərdə 14 NATO ölkəsi iştirak edəcək, iştirak edən təyyarələr döyüş yükü daşımır və təlimlər Rusiyadan 600 mil məsafədə baş tutacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bunu TASS xəbər verir.
“...Ona görə də mən bu məşqə hazırlaşarkən bunun illik bir məşq olduğunu vurğulamağın deməyin vacib olduğunu düşünürəm”. Bunu Kirbi deyib.
Bir müddət əvvəl NATO-nun baş katibi Yens Stoltenberq alyansın “nüvə qarşısının alınması” üzrə planlı təlimlər keçirmək niyyətində olduğunu və onların Ukraynadakı münaqişəyə görə ləğv edilməli olduğuna inanmadığını bildirib.
Xatırladaq ki, İllik “Steadfast Noon” məşqi gələn həftə baş tutacaq.
Bu arada NATO ölkələri Rusiyanın Uzaq Şərq sərhədləri yaxınlığında Yaponiya ilə birgə təlimlərdə iştirak edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB