BMT-nin Uşaq Fondu olan UNICEF Suriyada 10 mindən çox şübhəli vəba hadisəsi olduğunu açıqlayıb. Bu xəstəlik müharibə şəraitində olan bu ölkədə milyonlarla məcburi köçkünü təhdid edir. SİA bu barədə rus saytlarına istinad edir.
Sığınacaqda yaşayan məcburi köçkünlərdən biri hər kəsin bu infeksiyadan qorxduğunu bildirib. Onun dediyinə görə, bu çox təhlükəlidir: “...Keçən qışda, koronavirusun yayılması zamanı çoxlu insan öldü. Biz epidemiyanın qarşısını almaq üçün tədbirlər görməliyik”.
Təhlükəsiz su mənbələri və yaxşı gigiyena vəbanın yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlərdir, lakin müalicəni gecikdirmək bir neçə saat ərzində insanı öldürə bilər. Ötən həftə vəbadan ölənlərin sayı 40-a çatıb. Suriya Səhiyyə Nazirliyi insanların xəstəxanaya gecikdiyini və ya xroniki xəstəlikləri olduğunu bildirib.
UNİCEF bildirir ki, “Suriya, xüsusilə də onun şimal bölgələri ölkənin böyük hissəsini viran qoymuş 11 illik müharibə zamanı su infrastrukturuna böyük miqyaslı ziyan vurması səbəbindən ciddi su böhranı ilə üzləşib. İqtisadi böhran, davam edən döyüşlər, insanların yerdəyişməsi və uzun sürən quraqlıq əhalinin 47 faizini “alternativ və çox vaxt təhlükəli su mənbələrindən” asılı vəziyyətə salıb.
“Axıdılan tullantı sularının ən azı 70 faizi təmizlənməyib və bu, vəba da daxil olmaqla, xəstəliyin yayılması üçün ciddi risk yaradır”, - UNICEF bildirib. Qeyd olunur ki, münaqişə nəticəsində ölkənin sutəmizləyici qurğularının üçdə ikisi, nasos stansiyalarının yarısı və su qüllələrinin üçdə biri zədələnib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB