Almaniya Rusiya qazının əvəzedicisini tapıb

Almaniya Rusiya qazının əvəzedicisini tapıb

Almaniya Fransadan qaz almağa başladı. Associated Press Fransanın GRTgaz operator şirkətinin mətbuat xidmətinə istinadən yazır ki, əvvəllər mavi yanacağın birbaşa tədarükü praktiki olaraq həyata keçirilmirdi. SİA bu barədə rus saytlarına istinad edir.

GRTgaz-ın məlumatına görə, iki Avropa dövlətini birləşdirən qaz kəməri ilə sərhəddə yerləşən Oberbeilbax kəndində ilk qaz nəqlinə başlanılıb. İlkin mərhələdə həcm 31 GVt/saat təşkil edəcək. (2,9 mln. kubmetr qaz).

Gələcəkdə tədarük həcminin sutkada 100 GVt/saata (9,5 milyon kubmetr qaz) çatdırılması gözlənilir ki, bu da Almaniyada ümumi qaz istehlakının təxminən 2 faizini təşkil edir.

Agentliyin məlumatına görə, tədarüklər Paris və Berlin arasında enerji həmrəyliyi haqqında sazişlər çərçivəsində həyata keçirilir. Bundan əlavə, Almaniya hazırda mavi yanacaq alışını diversifikasiya etməyə çalışır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə