Bu Rusiyaya qarşı sanksiyaların effektivliyini zəiflədir?..

Bu Rusiyaya qarşı sanksiyaların effektivliyini zəiflədir?..

Vaşinqton Ər-Riyadın OPEC+-ın neft hasilatının kvotalarını azaltmaq qərarının iqtisadi olduğuna dair iddiaları ilə razılaşmır. “İnterfaks” xəbər verir ki, ABŞ Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbinin sözlərinə görə, bu qərar Rusiyaya qarşı sanksiyaların effektivliyini zəiflədir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kirbi əlavə edib ki, digər OPEC+ ölkələri Səudiyyə Ərəbistanının siyasətini dəstəkləmək məcburiyyətində olduqlarını qeyri-rəsmi olaraq etiraf ediblər.

Xatırladaq ki, OPEC+ neft hasilatı kvotalarını sutkada 2 milyon barel azaltmaq qərarına gəlib.

Məhz elə buna görə də, ABŞ səlahiyyətliləri Səudiyyə Ərəbistanı ilə münasibətlərə yenidən baxmağı düzgün hesab etdiklərini bildiriblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə