Belqorod vilayətinin Oktyabrski kəndinin atəşə tutulması nəticəsində silah-sursat anbarı partladılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında yazıb.
Qubernatorun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin atəşə tutulması nəticəsində sursat anbarı partladılıb.
“...İlkin məlumatlara görə, ölən və xəsarət alan yoxdur. Artıq sakinlər təhlükəsiz məsafəyə aparılacaq. Rayon rəhbəri Vladimir Pertsev və əməliyyat xidmətləri yerindədirlər”, - Qladkov deyib bunları...
Əvvəlcə yerli sakinlər yanğının şəkər zavodunda baş verdiyini düşünsələr də, hakimiyyət bunu təkzib edib.
Bundan əvvəl Belqorod yaxınlığındakı Oktyabrski kəndinin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulması barədə məlumat yayılıb. Atışma nəticəsində kənddə güclü yanğın başlayıb, hadisə şahidləri bir neçə partlayışın olduğunu bildiriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB