Yaponiya Zelenskiyə təşəkkür edib

Yaponiya Zelenskiyə təşəkkür edib

Müşavirlər Palatasının üzvü, Yaponiya İntibahı parlament partiyasının lideri Muneo Suzuki Ukrayna lideri Vladimir Zelenskinin Kuril adaları ilə bağlı bəyanatını yüksək qiymətləndirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun sözlərini Yahoo News Japan sitat gətirir.

Siyasətçi öz bloqunda "Xidmətə görə təşəkkür edirəm" yazıb.

Suzuki vurğulayıb ki, bu məsələ sırf ikitərəfli danışıqlar üçün mövzudur və Zelenskinin sözləri Moskvanı təhrik edə bilər. Eyni zamanda o vurğulayıb ki, adalar üzərində Rusiyanın nəzarəti BMT Nizamnaməsi, Potsdam bəyannaməsi və digər müqavilələrlə təmin edilir.

Xatırladaq ki, bundan əvvəl Vladimir Zelenski Cənubi Kuril adalarının “Rusiya tərəfindən işğal olunmuş ərazisi” kimi tanınması haqqında fərman imzalayıb.

Moskva və Tokio Kuril adalarının cənub hissəsi ilə bağlı ərazi mübahisəsi səbəbindən İkinci Dünya Müharibəsinin nəticələrindən sonra sülh müqaviləsi imzalaya bilmir. Yaponiya bu məsələni 1855-ci il tarixli Ticarət və Sərhədlər haqqında ikitərəfli Traktata əsaslanaraq Kuril silsiləsindəki dörd ada - Kunaşir, İturup, Şikotan və Habomainin mülkiyyəti ilə əlaqələndirir.

Eyni zamanda Moskva iddia edir ki, Kuril adaları II Dünya Müharibəsindən sonra SSRİ-nin tərkibinə daxil olub və Rusiyanın bu adalar üzərində suverenliyi şübhəsizdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə