Nüvə silahından istifadə imkanları...

Nüvə silahından istifadə imkanları...

NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının nüvə silahından istifadə edə biləcəyi şərtləri “son dərəcə uzaq” adlandırıb. O qeyd edib ki, NATO ayıq-sayıq qalacaq və Rusiyanın yeni nüvə təlimlərini müşahidə edəcək,

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Moskovski Komsomolets” xəbər verir.

Stoltenberqin sözlərinə görə, hərbi münaqişə baş verərsə, alyans tərəfdaşlarını müdafiə edəcək 5-ci maddəyə əməl etməlidir. Lakin onun sözlərinə görə, Ukrayna alyansın üzvü olmadığına baxmayaraq,.. NATO ona kömək etməyə davam edəcək...

Bu arada “İnterfaks” xəbər verir ki, Stoltenberq NATO-nun tezliklə Ukraynaya hərbi pilotsuz uçan aparatların əməliyyatını boğmaq üçün sistemlər verəcəyinə söz verib. Onun sözlərinə görə, pilotsuz təyyarələr üçün yüzlərlə “müdaxilə” Rusiya və İran pilotsuz təyyarələrini təsirsiz hala gətirəcək.

Bundan əlavə, Ukrayna tərəfi yanacaq, qış geyimləri və dərman preparatları ilə təmin olunacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə