Moldovada növbəti dəfə Dnestryanı üçün nəzərdə tutulan yük saxlanılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə tanınmamış Dnestryanı Moldova Respublikasının Xarici İşlər Nazirliyi öz Telegram kanalında bildirib.
Saxlanılan yüklər arasında Rusiya qarabaşaq yarması və buğda unu da var, departamentdən vurğulayıblar.
Xarici İşlər Nazirliyi Moldova gömrükçülərinin məhsulların müəyyən laboratoriya analizini tələb etməsinə aydınlıq gətirib. Maraqlıdır ki, tədqiqat apara bilən ən yaxın laboratoriya isə İtaliyada yerləşir, Moldovanın özündə belə imkanlar yoxdur.
Diplomatların fikrincə, Moldova hakimiyyətinin hərəkətləri Dnestryanıda ərzaq qıtlığına səbəb ola bilər. Bununla bağlı Tiraspol ATƏT-ə müraciət edərək Moldova Respublikasının danışıqlardakı siyasi nümayəndəsi Oleq Serebryana sorğu göndərib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB