Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Ukraynaya yardım göstərməyə davam edəcək, lakin onu müdafiə etməyəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
...Amma, gəlin görək, bu rusları qane edirmi? Təbii ki, yox, onlər hələ də Rusiyanın Ukrayna ilə deyil, NATO ilə “döyüşdüklərini” iddia edirlər.
“...Hərbi münaqişə baş verərsə, biz 5-ci maddəyə əməl etməliyik, ona görə tərəfdaşlarımızı müdafiə etməliyik, lakin Ukraynaya gəldikdə, o, alyansın üzvü deyil və ona görə də biz ona kömək etməyə davam edəcəyik, amma elə də... yox”.
Rus saytlarının yazdığına görə, bunu Yens Stoltenberq bildirib.
Onun sözləri Şimali Atlantika Alyansının rəsmi saytında yayımlanıb...
Bundan əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov NATO-nun Ukraynanın tərəfində vuruşduğunu bildirmişdi. Stoltenberq həmçinin NATO-nu Ukraynada Rusiyaya uduzmamağa çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB