...Rus saytları da indi köhnə palan içi eşməkdədirlər?
Beləliklə, Almaniyanın keçmiş kansleri Angela Merkel o zaman Almaniyanın əsas yanacaq tədarükçüsü olan Moskvadan əhəmiyyətli miqdarda qaz almaqla bağlı keçmiş qərarlarından peşman olmadığını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Associated Press” məlumat yayıb.
“O dövrün kontekstində qazın qaz kəmərləri ilə, o cümlədən Rusiyadan alınması çox rasional və anlaşılan idi. Bu, dünyanın digər yerlərindən gələn mayeləşdirilmiş təbii qazdan daha ucuz idi”.
Rus saytlarının yazdığına görə, bunu keçmiş kansler bildirib.
Merkel vurğulayıb ki, hətta soyuq müharibə dövründə də Moskva enerji resurslarının etibarlı təchizatçısı olaraq qalıb.
Qeyd edək ki, bundan əvvəl Almaniyanın hazırkı kansleri Olaf Şolz ölkənin qazla təmin olunmasında problem adlandırmışdı.
Onun sözlərinə görə, Almaniya Rusiyadan enerji cəhətdən asılıdır və lazım gələrsə, təchizatçıları dəyişdirmək üçün lazımi infrastrukturu yarada, mayeləşdirilmiş təbii qaz terminalları tikə bilməyib.
...Görən bu, sabiq kanslerin günahı deyil ki?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB