Ukrayna ordusu “ruhdan düşüb”?

Ukrayna ordusu “ruhdan düşüb”?

Donetsk Xalq Respublikasının (DXR) rəhbəri vəzifəsini icra edən Denis Puşilin respublika ərazisinin azad edilməsində dönüş nöqtəsinin başlandığını elan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” xəbər verir.

Puşilin qeyd edib ki, indi Rusiya ordusu getdikcə daha çox qüvvələrdən, o cümlədən səfərbər edilmiş və hələ də təlim keçən qüvvələrdən istifadə edir.

...Lakin bu, artıq bizə yaşayış məntəqələrimizi azad etmək üçün növbəti əməliyyatların daha dəqiq planlaşdırılmasına başlamağa imkan verir, -deyə Puşilin bildirib.

Qeyd edək ki, “respublika başçısı” səlahiyyətlərini icra edən həmçinin Ukraynanın atəşinin intensivliyinin azaldığını qeyd edib. Onun fikrincə, bu, guya rus qoşunlarının əks-hücumları ilə bağlıdır.

Puşilinin dediyinə görə, Rusiya Federasiyası Silahlı Qüvvələrinin “fəal” hərəkətləri...guya düşməni ruhdan salıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə