Ukraynada müharibəyə son qoymaq üçün nə lazımdır?

Ukraynada müharibəyə son qoymaq üçün nə lazımdır?

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın başlatdığı müharibəni yaxın gələcəkdə bitirmək üçün nə lazım olduğunu deyib.

SİA-nın əldə etdiyi məlumata görə, Avropa Şurası Parlament Assambleyasının sessiyasına videobağlantı vasitəsilə danışan o, bütün səviyyələrdəki siyasətçiləri Ukraynanın kifayət qədər müasir hava və raketdən müdafiə sistemləri ilə təmin olunmasını müdafiə etməyə çağırıb.

“Artıq bu il biz səmamızı Rusiyanın terrorundan qorumalıyıq. Əgər bu edilərsə, yaxın gələcəkdə müharibəyə son qoymaq üçün fundamental addım olacaq”, - deyə Zelenski bildirib.

Ukrayna prezidenti onu da bildirib ki, Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarını daha da məhdudlaşdırmaq üçün dialoq davam etdirilməlidir.

“...Xüsusən də işğalçı dövlətin neft və qaz ixracından əldə etdiyi mənfəətdən məhrum edilməsi həyati əhəmiyyət kəsb edir. Rusiya sülhün faydaları barədə düşünmək üçün hesablarda sıfır görməlidir. Avropa İttifaqının sanksiya paketlərinin mənası budur”.

Bunu da Zelenski bildirib.

Onun sözlərinə görə, nəhayət, Rusiyanı MAQATE-nin və bütün bəşəriyyətin tələbini yerinə yetirməyə – Zaporojye AES-in demilitarizasiyasını təmin etməyə necə vadar edəcəyini tapmaq üçün dialoqu davam etdirmək lazımdır. ...Rusiya oradan sadəcə hərbi texnikanı çıxarmamalı, bütün yaraqlılarını da götürməlidir.

Zelenski qeyd edib ki, Rusiyanı işğalçı dövlət kimi, rusiyalı qatil və cəlladların hər biri bu müharibədəki bütün cinayətlərə, terrorun hər bir təzahürünə görə cavab verməsi üçün dialoqu davam etdirmək də lazımdır.

“...Bu hüquqi mexanizmlər yaradılıb işə salındıqda, bu, uzunmüddətli sülhün ən güclü təminatlarından birinə çevriləcək”, -deyə Ukrayna prezidenti vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə