Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvləri bu gün Ukraynadakı münaqişə ilə bağlı bəyanat qəbul ediblər. SİA TASS-a istinadən xəbər verir ki, onlar sənəddə Rusiyanı “terrorçuluq”da ittiham ediblər.
Rusiya Federasiyasını “terror rejimi” adlandıran düzəlişin mətnə daxil edilməsinə 99 deputat səs verib, biri isə bitərəf qalıb.
Qətnamədə həmçinin Rusiyaya “maksimum təzyiq” tələb olunur. Bundan əlavə, AŞPA Ukraynanın bərpası üçün maliyyə dəstəyi göstərməyi tövsiyə edib.
Qeyd edək ki, bundan əvvəl G7 ölkələrinin liderləri Ukraynadakı hərbi münaqişənin qlobal iqtisadi sabitlik üçün mənfi nəticələrini aradan qaldırmaq üçün həmrəylik və sıx koordinasiyada hərəkət etməyə hazır olduqlarını bildirən birgə bəyanat qəbul ediblər.
Onlar həmçinin Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirməyə razılaşıblar və bildiriblər ki, Ukraynada sülh yolu ilə nizamlanmaya ölkənin bərpası, o cümlədən Rusiya Federasiyasının vəsaiti hesabına daxil edilməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB