Borrell səsvermənin nəticələrindən əsəbiləşib?

Borrell səsvermənin nəticələrindən əsəbiləşib?

Avropa diplomatiyasının rəhbəri Josep Borrell BMT-nin qətnaməsinə səsvermənin nəticələrindən çox narahat olduğunu bildirib. O, səsvermədə bitərəf qalan ölkələrin çox olmasından narahat olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, BMT Baş Assambleyası çərşənbə günü, oktyabrın 12-də Xerson vilayətinin Zaporojye, Donbass şəhərində referendumların keçirilməsi ilə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib. 143 ölkə lehinə, 5 ölkə əleyhinə, 35 ölkə bitərəf qalıb.

Borrell səsvermənin ümumi nəticələrindən çox razı qaldığını vurğulayıb. Bu məqsədə çatmaq üçün çox iş görülüb, diplomatlar bir çox ölkələrin rəhbərləri ilə danışıqlar aparıblar.

Eyni zamanda, rəsmi izah edib ki, o, bir çox ölkələrin bitərəf qalmasından narahatdır. Onun fikrincə, bu məsələdə bitərəf qalan dövlətlərin 20 faizii “bu, çox şeydir”.

Borrell hesab edir ki, Qərb diplomatları Afrika və Asiya dövlətlərinin liderləri ilə danışıqları davam etdirməlidirlər ki, onlar da Rusiyanın hərəkətlərini pisləsinlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə