Ukrayna ilə bağlı beştərəfli danışıqlar ideyası müzakirə edilməyib
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın görüşündə Türkiyənin Rusiya, ABŞ, Fransa, Almaniya və Böyük Britaniya arasında Ukrayna üzrə beştərəfli danışıqların təşkili təklifi müzakirə olunmayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.
O, iki ölkə liderlərinin danışıqlarında bütövlükdə Ukrayna mövzusunun müzakirə olunmamasına aydınlıq gətirib.
Bundan əvvəl Türkiyənin “Milliyet” nəşri Ankaranın Ukrayna ətrafında vəziyyətin nizamlanması məsələsində Moskva ilə bir sıra Qərb ölkələri arasında danışıqları təşkil etməyə hazır olduğunu yazmışdı. Jurnalistlərin fikrincə, plan ABŞ-a təhvil verilib və oradan ilk şərhlər guya “çox müsbət” olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB