“Avropaya qaz nəqli üçün Türkiyədə böyük bir mərkəz yarada bilərik”

Rusiya prezidenti Vladimir Putin Avropaya qaz tədarükü üçün Türkiyedə böyük təbii qaz mərkəzi qura biləcəklərini bildirib.
“Avropaya qaz nəqli üçün Türkiyədə böyük bir mərkəz yarada bilərik”

Rusiya prezidenti Vladimir Putin Avropaya qaz tədarükü üçün Türkiyədə böyük təbii qaz mərkəzi qura biləcəklərini bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Vladimir Putin paytaxt Moskvada keçirilən Rusiya Enerji Həftəsi konfransındakı çıxışında Avropadakı təbii qaz böhranının həlli olaraq Türkiyeyə işarə edib.

Türkiyədə Avropa üçün böyük təbii qaz qovşağı qura biləcəklərini ifadə edən Putin deyib:

"Neft bazarlarına heç bir müdaxilə, heç bir ehtiyatdan istifadə enerji problemini həll edə bilməz. Rusiya qış da daxil olmaqla, Avropaya enerji çatdırmağa hazırdır. Top onların meydançasındadır".

Rusiya lideri həmçinin son həftələrdə “Şimal axını” neft kəmərlərinin təxribatının “beynəlxalq terror” olduğunu iddia edib:

“Şimal axını”nın təxribatının arxasında Rusiya ilə Avropa arasında münasibətləri kəsmək istəyənlər var".

Bütün xəbərlər Facebook səhifəmizdə