Ərdoğan Putinlə hansı məsələləri müzakirə edəcək? - DETALLAR

Ərdoğan Putinlə hansı məsələləri müzakirə edəcək? - DETALLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərinin 2-ci günündə Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Müşavirəsinin VI Zirvə Toplantısında dövlət və hökumət başçıları qarşısında çıxış edəcək və müxtəlif ikitərəfli görüşlər keçirəcək. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan ikitərəfli danışıqlar çərçivəsində əvvəlcə Belarus Prezidenti Aleksandr Lukaşenko, daha sonra isə Rusiya lideri Vladimir Putinlə görüşəcək.

Prezident Ərdoğanın Putinlə Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti, Türkiyənin sülh səylərini və taxıl dəhlizini müzakirə edəcəyi gözlənilir. Bundan əlavə, Suriyadakı hadisələr də müzakirə mövzusu olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə