İranda vəziyyət gərgin olaraq qalır

İranda vəziyyət gərgin olaraq qalır

İranda hicab qaydalarına əməl etmədiyi üçün saxlanılan və polis nəzarətində şübhəli şəkildə dünyasını dəyişən Məhsa Emininin ardından başlayan nümayişlər bəzi şəhərlərlə yanaşı, paytaxt Tehranda da davam edir. SİA xəbər verir ki, Tehranda keçirilən nümayişlərə təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi davam edir. Geniş təhlükəsizlik tədbirlərinin görüldüyü Tehranda axşam saatlarında Veliasr və İnkılap küçələrində toplaşan nümayişçilər hökumət əleyhinə şüarlar səsləndiriblər. Danışcu Parkı və Şəhər Teatrı metrosunu bir müddət giriş-çıxışlara bağlayan təhlükəsizlik qüvvələri etirazçılara qaz və dəyənəklə müdaxilə edib.

Tehranla yanaşı, Bukan, Mahabad, İlam və Urmiyə kimi şəhərlərdə də hökumət əleyhinə şüarlar səsləndirən nümayişçilər od yandıraraq avtomobillərin hərəkətinə mane olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə