Türkiyə ordusunun hərbi qulluqçusu şəhid olub

Türkiyə ordusunun hərbi qulluqçusu şəhid olub

Türkiyə ordusunun hərbi qulluqçusu İraqda şəhid olub. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində çavuş rütbəli hərbçinin əldəqayırma bombanın partlaması nəticəsində ağır yaralandığı bildirilir.

Yaralı hərbçi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə