Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (BVF) və Ukrayna hökuməti Ukraynaya dəstəyi müzakirə etmək üçün bəzi ölkələrin təmsil olunduğu nazirlər səviyyəsində ikinci dəyirmi masa görüşü keçirib. SİA xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski və Ukraynanın Baş naziri Denis Şmiqal videokonfrans vasitəsilə görüşdə iştirak ediblər.
Zelenski iclasdakı çıxışında Rusiyanın hücumlarının Ukraynanın infrastrukturuna ziyan vurduğunu açıqlayıb. Ukraynaya yardımın vacibliyini vurğulayan Zelenski, “Ukraynaya nə qədər çox yardım edilərsə, biz Rusiyanın müharibəsini bir o qədər tez bitirəcəyik və belə amansız müharibənin başqa ölkələrə yayılmayacağına bir o qədər tez və etibarlı təminat verə bilərik” dedi.
Zelenski bildirib ki, Ukraynanın gələn il təxmini büdcə kəsirini ödəmək üçün 38 milyard dollara, infrastrukturunu bərpa etmək üçün isə 17 milyard dollara ehtiyacı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB