"Çinin Almaniyadan çıxması yanlış yanaşma olardı" - Almaniya kansleri

"Çinin Almaniyadan çıxması yanlış yanaşma olardı" - Almaniya kansleri

Almaniya kansleri Olaf Scholz deyib ki, Çinlə rəqabətdə "iqtisadi əlaqələri pozmaq" yanlış yanaşma olacaq. SİA xəbər verir ki, Scholz Almaniyada qatıldığı biznes forumunda qloballaşmanın bir çox insana firavanlıq gətirən bir uğur hekayəsi olduğunu və müdafiə olunması lazım olduğunu bildirib.

Scholz, "İqtisadi əlaqələri kəsmək düzgün cavab deyil. Bəzi ölkələrlə iqtisadi əlaqələri kəsmək məcburiyyətində deyilik. Açığı, düşünürəm ki, Çinlə işimizə davam etməliyik" dedi.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində keçirdiyi mətbuat konfransında Scholzun sözlərini müsbət qarşıladıqlarını və "Çin də qloballaşmanı dəstəkləyir və iqtisadi əlaqələrin kəsilməsi yanaşmasına qarşıdır. Əməkdaşlığa diqqət yetirmək, iqtisadi və ticarət əlaqələrini gücləndirmək təkcə Aİ-nin xeyrinə olmayacaq dedi və Çin eyni zamanda dünya iqtisadiyyatının tənəzzülə uğradığı bu dövrdə iqtisadi canlanmaya öz töhfəsini verəcək" ifadəsini işlədib.

Bütün xəbərlər Facebook səhifəmizdə