ABŞ uşaqların cinsi istismarı ilə bağlı təzminat ödəməyə razıdır

ABŞ uşaqların cinsi istismarı ilə bağlı təzminat ödəməyə razıdır

ABŞ uşaqların cinsi istismarı ilə bağlı yerli amerikalı uşaqlara 14,5 milyon dollar təzminat ödəyəcək. SİA xəbər verir ki, "Wall Street Journal" qəzetində yer alan məlumata görə, Montana və Cənubi Dakota ştatlarında çalışan pedofiliyalı pediatr Stenli Patrik Veberin qurbanlarını müdafiə edən vəkillərlə Ədliyyə Nazirliyi rəsmiləri arasında razılıq əldə olunub.

Müvafiq olaraq, hökumət federal məmurları Veberin cinsi təcavüz və zorakılığına məhəl qoymadıqları üçün məhkəməyə verən səkkiz yerli amerikalı qurbanın hər birinə 1,5-2 milyon dollar məbləğində cəmi 14,5 milyon dollar ödəyəcək. Bildirilib ki, razılaşdırılmış saziş nazirliyin qaydalarına uyğun olaraq yüksək vəzifəli şəxs tərəfindən təsdiq edildikdən sonra yekunlaşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə