Soyuq qışa hazırlaşan Avropa enerji böhranını həll etmək üçün yeni təşəbbüslərlə çıxış edir. SİA xəbər verir ki, bu çərçivədə Aİ-yə üzv ölkələrin enerji nazirləri Çexiya sədrinin ev sahibliyi ilə Praqada bir araya gəlib. İclasın sonunda açıqlama verən Çexiyanın Sənaye və Ticarət naziri Yozef Sikela, "Bizim diqqətimizi yüksək qaz qiymətlərinə yönəltmişik. Sürətli və təsirli bir həllə ehtiyacımız var. Bu asan məsələ deyil. Hər ölkənin fərqli ideyaları, şərtləri, qaydaları və maraqları var”- ifadəsini işlədib.
“Energetika Aİ-də bir nömrəli məsələ olub”. Sikela bildirib ki, görüşdə elektrik və qaz bazarları üçün qaydalar və qiymətlər kimi həssas mövzuları müzakirə ediblər. Enerji bazarındakı inkişafın iqtisadiyyata təsirləri ilə məşğul olmaları lazım olduğunu ifadə edən Sikela, "Nazirlər arasında 2023-cü ilə qədər ortaq qaz tədarükündə irəliləyişin olması mövzusunda ümumi razılıq var" dedi.
Üzv ölkələrin enerji qənaəti və enerjidə həmrəylik göstərməsi mövzularında da həmfikir olduqlarına diqqət çəkən Sikela, qaz qiymətlərində mövcud qiymət sisteminin dəyişdirilməsinə qərar verdiklərini vurğulayıb. Sikela bildirib ki, Aİ Komissiyası bu məsələ ilə bağlı növbəti yeni tənzimləmə təkliflərini gələn həftə açıqlayacaq. “Mən qəti şəkildə inanıram ki, bugünkü görüş üzv dövlətlər arasında uçurumu aradan qaldırmağa kömək etdi və biz ümumi həll yoluna doğru irəliləyirik”.
Sikela elektrik enerjisi bazarının işləməsi və bazarın necə dizayn ediləcəyini də müzakirə etdiklərini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB