Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırır

Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırır

Serbiyanın baş nazirinin müavini, dağ-mədən və energetika naziri Zorana Mixayloviç Rusiyaya qarşı sanksiyaların tətbiqinə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə,bu barədə xəbəri TASS yayıb.

Mixayloviçin sözlərinə görə, dövlət Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsinə qərar verməlidir,.. lakin bunun üçün yeni hökumətin formalaşmasını gözləməli olacaq.

Rusiya azadlıq müharibəsi deyil, işğalçılıq müharibəsi apardığını deyən nazir, Serbiyanın “geosiyasətinin sürətlə dəyişib” növbəti 100 il ərzində dünyada öz yerini tapmalı olacağını bildirib.

Mixayloviçin yeni kabinetə daxil olacağı təqdirdə sanksiyalara səs verməyə hazır olub-olmaması ilə bağlı suala baş nazirin müavini vurğulayıb ki, onun bu məsələ ilə bağlı mövqeyi heç vaxt dəyişməyib.

Serbiya prezidenti Aleksandr Vuçiç bir müddət əvvəl bildirmişdi ki, Qərb Serbiyanın Kosovo Respublikasının BMT-yə üzvlüyünə razılıq verəcəyi təqdirdə onun Avropaya inteqrasiya prosesini sürətləndirməyi təklif edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə