Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq Rusiyanın Belqorod vilayətini ABŞ istehsalı olan AGM-88 HARM antiradar raketləri ilə vurub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Military Informant” Telegram kanalı məlumat yayıb.
Qeyd edək ki, bu barədə məlumat yayanlar, nümunə üçün AGM-88 HARM-ın qalıqlarının fotolarını da yerləşdiriblər. Deyilənlərə görə, fotolar yerli sakinlərdən əldə edilib. Şəkillərin birində AGM-88 HARM daşınan kuzov stabilizatoru üçün xarakterik olan BSU-59/B işarəsi görünür.
Rusların yazdığına görə, Rusiya hava hücumundan müdafiə sistemləri bütün raketləri vurub deyə itki yoxdur. “...Bu insident bizə bir daha nümayiş etdirir ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb də daxil olmaqla, silahlardan istifadəni heç də məhdudlaşdırmır”.
Çərşənbə günü, oktyabrın 12-də “Mash”, Ukrayna qoşunlarının Belqorod vilayəti ərazisinə 100-dən çox raket atdığını bildirdi. Nəşrin məlumatına görə, onlar hədəfə çatmayıb və Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB