Ukrayna ordusuna təlim keçiriləcək...

Ukrayna ordusuna təlim keçiriləcək...

Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri Ukrayna hərbçilərinin Avropa dövlətləri ərazisində təlim keçməsi üçün missiyanın yaradılması barədə razılığa gəliblər.

SİA-nın əldə etdiyi məlumata görə, “RİA Novosti” bu barədə “Agence France-Presse”-ə istinadən yazır.

Qeyd olunur ki, missiyanın yaradılması Brüsseldə razılaşdırılıb. Onun yekun ratifikasiyası bazar ertəsi, oktyabrın 17-də xarici işlər orqanları rəhbərlərinin Lüksemburqda keçiriləcək görüşündə baş tuta bilər.

Agentliyin məlumatına görə, ilkin mərhələdə 15 minə yaxın ukraynalı hərbçi təlim keçəcək.

Müqavilə layihədə iştirak etməyə razılıq vermiş hər bir ölkədə missiya qərargahı, eləcə də təlim mərkəzləri yaradacaq. Qeyd edək ki, bununla bağlı Almaniya və Polşa artıq hazır olduqlarını bəyan ediblər.

Onu da qeyd edək ki, layihə Avropa Sülh Fondu (AƏF) tərəfindən maliyyələşdiriləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə