Krım körpüsündə törədilən terror aktı ilə bağlı cinayət işini araşdıran Rusiya Federasiyasının İstintaq Komitəsi partlayışda iştirak edən 12 nəfəri müəyyən edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə idarənin mətbuat xidmətindən bildirilib.
Qeyd edildiyi kimi, müstəntiqlər hadisə yerinə bir neçə dəfə baxış keçirib, həmçinin Rusiyanın bir sıra regionlarında onlarla axtarış aparıblar. Fövqəladə hadisə yerindən müxtəlif fraqmentlər götürülüb. İndi onlar müstəntiqlər və kriminalistlər tərəfindən təhlil edilir, lazımi ekspertizalar təyin edilib.
İdarənin məlumatına görə, əldə edilən sübutlar hücumun Ukraynanın xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini göstərir.
Xatırladaq ki, Krım körpüsündə yük maşınının partlaması oktyabrın 8-də səhər saatlarında baş verib. Nəticədə 4 nəfər həlak olub.
Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, təşkilatçı Ukrayna Müdafiə Nazirliyinin hərbi kəşfiyyatı və onun rəhbəri Kirill Budanov olub. Hücumda iştirak edən 8 nəfərin saxlandığı da məlum olub. Onların arasında beş Rusiya, üç Ukrayna və Ermənistan vətəndaşı da var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB