Üç terrorçu da təhlükəsizlik qüvvələrinə təslim olub

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb
Üç terrorçu da təhlükəsizlik qüvvələrinə təslim olub

Terror təşkilatı PKK-nın düşərgələrindən qaçan üç terrorçu da təhlükəsizlik qüvvələrinə təslim olub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Təslim olan terrorçuların 2005 və 2015-ci illərdə terror təşkilatı PKK-nın sıralarına qoşulduqları və Suriya ilə İraqda fəaliyyət göstərdikləri bildirilib.
Qeyd edək ki, cari ilin əvvəlindən etibarən təhlükəsizlik qüvvələrinə təslim olan terrorçuların sayı 98-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə