"...Rusiyada səfərbərliyin “yeni dalğası” yoxdur”.
SİA “İnterfaks”-a istinadən xəbər verir ki, bunu bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Sentyabrın 21-dən Rusiyada qismən səfərbərlik keçirilir. Ehtiyatda olan, döyüş təcrübəsi və zəruri hərbi qeydiyyat ixtisası olan ruslar buna tabedirlər. 300 min nəfərin çağırılması planlaşdırılır. Bu kifayətdir.
Qeyd edildiyi kimi, bunu Peskov deyir, amma...
...Oktyabrın 11-də qubernator Vasili Qolubev öz Teleqram kanalında Rostov vilayətinə yeni səfərbərlik tapşırığı aldığını və regional çağırış komissiyalarının artıq onu həyata keçirməyə başladığını elan edib.
Təbii ki, bu xəbəri eşidən Dmitri Peskov ölkədə yeni səfərbərlik dalğasının həyata keçirildiyi barədə məlumatı təkzib edib.
Onun dediyinə görə, ölkədə sfərbərliklə bağlı yeni dalğa-filan yoxdur. Burada hər bir qubernatorla onların nəyi nəzərdə tutduğunu aydınlaşdırmaq lazımdır.
Etiraf edilməlidir ki, yerli sakinlər sfərbərliklə xofu ilə bağlı təzə-təzə sakitləşirlər. Ona görə də, “xüsusi tapşırıqla sinəsini irəli verən” Rostov vilayətinin hərbi komissarı İqor Yeqorov “səfərbərlik dalğalarının” olmadığını və çağırışın əvvəllər verilmiş tapşırığa uyğun olaraq həyata keçirildiyini bildirib.
Onun sözlərinə görə, bütün səfərbərlik tədbirləri qrafikə uyğun və müəyyən olunmuş...guya 300 min nəfərlik sayda həyata keçirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB