Çexiyada inflyasiya son 30 ilin ən yüksək həddindədir

Çexiyada inflyasiya son 30 ilin ən yüksək həddindədir

Avropa ölkələri qlobal tənəzzül riski ilə üzləşsə də, inflyasiya ilə də mübarizə aparır. Demək olar ki, bütün Avropa ölkələrində inflyasiya son illərin ən yüksək səviyyəsinə çatıb. SİA xəbər verir ki, Çexiyada inflyasiya 18 faizə çatıb ki, bu da 1993-cü ildən bəri ən yüksək səviyyədir.

Çexiyada illik inflyasiya 1993-cü ilin dekabrından bəri ən yüksək həddə çataraq, enerji və ərzaq məhsullarının qiymətlərinin artması səbəbindən sentyabrda 18 faizə çatıb. Çexiya Statistika İdarəsi (CSU) sentyabr inflyasiyası ilə bağlı yekun məlumatları açıqlayıb. Müvafiq olaraq, Çexiyada avqust ayında yüzdə 17,2 olan illik CPI, sentyabrda yüzdə 18-ə yüksələrək 1993-cü ilin dekabrından bəri ən yüksək səviyyəyə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə