İsrail ordusu mühasirəyə alınıb

İsrail ordusu mühasirəyə alınıb

Oktyabrın 8-də İsrail ordusunun nəzarət-buraxılış məntəqəsinə silahlı hücum nəticəsində bir polis məmurunun öldürülməsindən sonra Şuafat Qaçqın Düşərgəsinin sakinləri İsrailin düşərgəni 4 gün mühasirəyə almasına qarşı bəyanat yayıb. SİA xəbər verir ki, açıqlamaya görə, Şuafət düşərgəsinin sakinləri bir araya gələrək müddətsiz vətəndaş itaətsizliyi aksiyasına başlamaq qərarına gəliblər.

“İnsan ləyaqəti naminə” başladılan vətəndaş itaətsizliyi aksiyası çərçivəsində düşərgədəki bütün məktəblərin fəaliyyətinin dayandırılması, çərşənbə günü iş yerlərinin bağlanması və işçilərin tətil edilməsi qərara alınıb.

İsrailin düşərgəni mühasirəsi bitənə qədər vətəndaş itaətsizliyi aksiyasının davam etdirilməsi çağırışı edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə