Qanunsuz yolla kürü gətirən Ermənistan vətəndaşları saxlanılıb

Qanunsuz yolla kürü gətirən Ermənistan vətəndaşları saxlanılıb

Gürcüstan sərhədçiləri 12 kiloqrama yaxın qızıl-zinət əşyalarının və xarab olmuş 200 kiloqram qırmızı kürünün ölkəyə qanunsuz yolla gətirilməsinin qarşısını alıblar. SİA xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.

Bildirilir ki, Livan vətəndaşı Batumi hava limanında saxlanılıb və ondan sərhədi qanunsuz olaraq keçirmək istədiyi 11 kiloqram qızıl, gümüş və mirvaridən hazırlanmış zinət əşyaları götürülüb.

Gürcüstan sərhədçiləri daha bir qızıl qaçaqmalçısını Ermənistanla sərhəddə saxlayıblar. Ondan gömrük nəzarətindən gizlədilmiş 217 qram qızıl əşyalar götürülüb.

Daha bir Ermənistan vətəndaşı isə Gürcüstana qırmızı kürü gətirərkən saxlanılıb.

Gürcüstanın fitosanitar və baytarlıq xidmətinin əməkdaşları “Sadaxlo” sərhəd keçid məntəqəsində qanunsuz yolla və xarab olmuş 200 kiloqram qırmızı kürünün ölkəyə gətirilməsinin qarşısını alıblar.

Hər üç faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə