32 Ukrayna əsgəri azad edilib

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub. SİA xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak açıqlamasında bildirib ki, 32 ukraynalı əsgərlə Ukrayna ordusunda könüllü xidmət edərkən cəbhədə həlak olan israilli Dmitri Fialkanın cənazəsi Rusiya ilə əsir mübadiləsi yolu ilə geri götürülüb.

"Bu gün yeni əsir mübadiləsi baş verdi. Biz 32 döyüşçümüzü və israilli Dmitri Fialkanın cəsədini çıxara bildik. Əldə edilənlər arasında Ukrayna Silahlı Qüvvələrinin zabitləri, çavuşları və əsgərləri var. Onların hamısı şiddətli yerlərdə idi. Bu insanların hamısı itkin düşmüş hesab olunurdu”, - deyə Yermak bildirib.

Xüsusilə Fialkanın vəziyyətinə toxunan Yermak bunları deyib: "Mərhum israilli Dmitri Fialka son iki ildir Ukraynada yaşayır və "Dinamo Lvov" futbol klubunda uşaqların futbol məşqçisi olub. Ukrayna üçün döyüşüb. O, könüllü olaraq cəbhəyə gedib. Burada ailəli olub".

Bütün xəbərlər Facebook səhifəmizdə